DÜNYA


“Taliban” Əfqanıstanda “yaz hücumunun” başladığını elan edib

Bakı, 12 aprel, AZƏRTAC

“Taliban” hərəkatı Əfqanıstanda vəziyyətin nizamlanması üzrə ABŞ-la danışıqlara baxmayaraq, ölkədə “yaz hücumunun” başladığını elan edib.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” aprelin 12-də 5 dildə məlumat yayaraq xarici qüvvələr Əfqanıstandan çıxarılana qədər hərbi əməliyyatların davam edəcəyini bildirib. Bəyanatda, həmçinin dinc sakinlər arasında itkilərdən yayınmaq barədə çağırışlar da yer alıb.

“Taliban” hərəkatının bəyanatı dinc nizamlama yollarının axtarışı üzrə ikinci konfrans ərəfəsində dərc olunub. Konfransda həm Əfqanıstan hökuməti nümayəndələrinin, həm də taliblərin iştirakı gözlənilir. Tədbirin aprelin 14-15-də Dohada keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ABŞ son aylar “Taliban” hərəkatı ilə apardığı danışıqlar nəticəsində ölkədə uzun illərdir davam edən münaqişənin həll yolları barədə razılıq əldə edib.

Birləşmiş Ştatlar və müttəfiqləri 2001-ci ildən Əfqanıstanda “Taliban” hərəkatı və digər qruplaşmalara qarşı hərbi əməliyyatlar aparır. Bu, ABŞ Silahlı Qüvvələrinin tarixində ən uzun sürən hərbi kampaniyadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.