ELM VƏ TƏHSİL


Tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər aprelin 26-da imtahan verəcəklər

Bakı, 22 yanvar, AZƏRTAC

Orta ixtisas təhsil müəssisələrinə tam (11) illik orta təhsil bazasında tələbə qəbulu əvvəlki ilin məzunları üçün aprelin 26-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, cari ilin məzunları üçün əlavə xarici dil imtahanının da aprelin 26-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərdə orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və rus dili imtahanı da aprelin 26-da keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.