Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tanınmış ictimai xadim Fəxrəndə Həsənzadə Hacı Zeynalabdin Tağıyev adına qızıl medala layiq görülüb

Bakı, 2 dekabr, AZƏRTAC

“Viva Hotel”in inzibati binasında təşkil olunan təqdimat mərasimində “Artishok” agentliyinin baş direktoru, “Azəri Home Chef” cəmiyyətinin və “Turizmin və milli mətbəxin inkişafına dəstək” İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş Hacı Zeynalabdin Tağıyev adına qızıl medal ilə Azərbaycanda doğulub boya-başa çatan əslən yəhudi olan Anjelika Manaşirova, Rada İsaakova, Ruslan Manaşirov, Natan Əlibəy və Azərbaycanın dostu Yılmaz Ərdoğan “Azərbaycanım” beynəlxalq jurnalının fəxri diplomu ilə təltif olunublar.

AZƏRTAC xəbər verir ki, mükafatı Fəxrəndə Həsənzadəyə Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli təqdim edib.

Emil Nəsirli vurğulayıb ki, Fəxrəndə Həsənzadə tanınmış ictimai xadim olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, respublikamızda turizmin və milli mətbəxin inkişafına dəstək olaraq çoxşaxəli fəaliyyəti ilə böyük nüfuz qazanıb. Bildirib ki, Fəxrəndə Həsənzadə, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi ilə bağlı da ardıcıl olaraq böyük işlər aparıb. “Respublikamızda öz ictimai fəaliyyəti ilə daim diqqət mərkəzində olan Fəxrəndə Həsənzadə İkinci Qarabağ müharibəsi gedən 44 gün ərzində öz kollektivi ilə demək olar ki, dəfələrlə cəbhə bölgəsində gərgin döyüşlərdə iştirak edən əsgərlərimizin yanında olmuş, onları hazırladıqları milli mətbəximizin təamları ilə təmin edib. Düşmənə sarsıdıcı zərbə endirən əsgərlərimiz Fəxrəndə xanımın onlar üçün hazırladığı müxtəlif çeşidli ev yeməklərini dadmaqla ön cəbhədə olmaqlarına baxmayaraq, özlərini rahat, evdə olduqları kimi hiss ediblər. Bu da Fəxrəndə xanımın onlara mənəvi dayaq göstərməsinin bariz nümunəsidir”, - deyə Emil Nəsirli qeyd edib.

Fəxrəndə Həsənzadənin, həmçinin qastronomik turizm sahəsində müxtəlif tədbirlərin təşəbbüskarı və təşkilatçısı olduğunu diqqətə çatdırıb. Baş redaktor onu da əlavə edib ki, o, eyni zamanda, turizmin inkişafına kömək edən layihələr həyata keçirir və həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın adət-ənənələrini, mətbəxini, mədəniyyətini layiqincə təbliğ edir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə həmin layihələr vasitəsilə çatdırır.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat verən Emil Nəsirli, bəzi xarici qüvvələrin yaydığı yalan və qarışdırıcı xəbərlərin, sərgilədiyi zərərli mövqenin sarsıldığını da xüsusi vurğulayıb.

“Dinindən, milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları erməni təcavüzü əleyhinə uğurlu müharibədə azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər”, – deyən Emil Nəsirli onu da əlavə edib ki, həm bu gün, həm də Birinci Qarabağ müharibəsində orduya könüllü yazılanlar, erməni təcavüzünə qarşı mübarizə aparanlar arasında ölkəmizdə yaşayan müxtəlif dinlərə məxsus azsaylı xalqların nümayəndələri də olub. Onların öz vətənlərini, tarixi torpaqlarını qəhrəmancasına qoruduqlarını deyən Emil Nəsirli, ermənilərə dəstək verən xarici qara qüvvələrin niyyətinin Azərbaycan xalqının əsrlərdən bəri əldə etdiyi multikulturalizm, tolerantlıq kimi dəyərə zərbə vurmaq olduğunu söyləyib, amma onların heç zaman buna nail ola bilmədiyini vurğulayıb.

Emil Nəsirli İkinci Qarabağ müharibəsində Azərbaycanın haqlı mübarizəsini, eləcə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran, hazırda xarici ölkələrdə yaşayan Azərbaycanda doğulub boya-başa çatan Anjelika Manaşirovanın, Rada İsaakovanın, Ruslan Manaşirovun, Natan Əlibəyin və Azərbaycanın dostu Yılmaz Ərdoğanın bu istiqamətdəki fəaliyyətlərini yüksək qiymətləndirib, onları dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları kimi Azərbaycan dövləti, dövlətçiliyi, torpaqlarımızın bütövlüyü uğrunda həmrəylik nümayiş etdirdiklərini xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Fəxrəndə Həsənzadə, eləcə də tədbirə onlayn olaraq qatılan Anjelika Manaşirova, Rada İsaakova, Ruslan Manaşirov, Natan Əlibəy və Yılmaz Ərdoğan “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi mükafatlara layiq görüldüklərinə görə jurnalın redaksiya şurasına və kollektivinə minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında yekdilliklə vurğulayıblar ki, bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın uğurlu qələbəsinə qarşı çıxış edən bütün bu qara qüvvələr, qələbəmizi həzm edə bilmirlər. Təəssüf ki, bəzi dövlətlər bütövlükdə şovinist, nasist, faşist, monoetnik dövlət olan, hərbi xuntaya qulluq edən Ermənistanı müdafiə edir. Budur onların iç üzü. Amma, bütövlükdə, xarici qüvvələr nə istəyirlər desinlər, bura Azərbaycandır, Qarabağ Azərbaycan torpağıdır, burada yaşayan hər bir millətin nümayəndəsi də azərbaycançılıq ideologiyasına sadiq Azərbaycan vətəndaşıdır.

Emil Nəsirli çıxışının sonunda “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından ictimai xadim Fəxrəndə Həsənzadəni Azərbaycanda turizmin və milli mətbəxin inkişafına verdiyi dəstəyə və milli adət-ənənələrimizin beynəlxalq aləmdə təbliğində xidmətlərinə görə Hacı Zeynalabdin Tağıyev adına qızıl medala layiq görülməsi münasibətilə, eləcə də tədbirə onlayn olaraq qatılan Anjelika Manaşirovanı, Rada İsaakovanı, Ruslan Manaşirovu, Natan Əlibəyi və Yılmaz Ərdoğanı Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında müstəsna xidmətlərinə görə fəxri diploma layiq görülmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək