ELM VƏ TƏHSİL


Tarix Muzeyində Daş dövrünə aid 200-dək nadir eksponat nümayiş olunacaq

Tarix Muzeyində Daş dövrünə aid 200-dək nadir eksponat nümayiş olunacaq

Bakı, 19 may, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində yeni qurulan ekspozisiyada Daş dövrünə - Paleolit, Mezolit və Neolit dövrlərinə aid 200-dək nadir eksponat nümayiş olunacaq.

Bu barədə AZƏRTAC-a muzeyin şöbə müdiri Nasir Quluzadə məlumat verib. O qeyd edib ki, Daş dövrünün insanların mədəni-tarixi inkişafında mühüm rolu olub. Bu dövrdə əsas əmək aləti və silah kimi daşdan istifadə olunub. Yeni ekspozisiyada yer alacaq Daş dövrünə aid arxeoloji materiallar müxtəlif illərdə aparılmış arxeoloji qazıntılar zamanı Qarabağ, Naxçıvan, Qazax, Füzuli və Azərbaycanın digər bölgələrindən tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.