Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tədbirlər Planı post-neft dövrünün çağırışlarına uyğun olaraq islahatların dərinləşdirilməsində yeni mərhələ kimi qiymətləndirilir

Tədbirlər Planı post-neft dövrünün çağırışlarına uyğun olaraq islahatların dərinləşdirilməsində yeni mərhələ kimi qiymətləndirilir

Bakı, 5 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Tədbirlər Planını təsdiq edib.

Sənədi şərh edən iqtisadçı alim Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, bu sənədin həyata keçirilməsi beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına töhfə verməklə yanaşı, həmçinin biznes mühitinin daha yaxşılaşdırılması, kreditlərə əlçatanlığın artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın müxtəlif sahələrində proseduraların sadələşdirilməsi kimi vacib islahatların dərinləşdirilməsinə gətirib çıxaracaq.

Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığının artırılması baxımdan kreditlərə müraciət zamanı sənəd daşınmaz əmlak ilə yanaşı, daşınar əmlakın da girov kimi təqdim edilməsinə da imkan yaradır. Daşınar əmlak ilə yaradılacaq reyestr xidməti məlumatların şəffaf və açıq şəkildə paylaşdırılmasına şərait yaratmaqla yanaşı, həmçinin yalnız istehlak deyil, o cümlədən biznes kreditlərinə əlçatanlığın artmasına səbəb olacaq. Tədbirlər Planına əsasən, fiziki və hüquqi şəxslər üçün şəffaf və əlçatan olan, bütün ölkəni və bütün aktivləri əhatə edən onlayn reyestrin yaradılması nəzərdə tutulur. Daşınar əmlakın girov kimi təqdim edilməsi kreditlərdən faydalananların sayının artmasına və eləcə də maliyyə resurslarından daha səmərəli istifadəsinə imkan verəcək. Tədbirlər Planına əsasən, ölkəmizdə özəl kredit bürosunun yaradılması prosesinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur ki, bu da kreditlərə əlçatanlığın təmin edilməsi baxımdan vacib islahatdır. Borcluların məlumatları əsasında onların kredit reytinqinin hesablanması prosesinin dövlət tərəfindən dəstəklənməsi də bu istiqamətdə həyata keçiriləcək islahatlar sırasındadır.

Sənədə əsasən, bank sisteminin kapitallaşdırılması və likvidliyin təmin edilməsi, fəaliyyətə xitam verilməsi və müflisləşmə məsələlərinin həlli sahəsində islahatlar aparılması və eləcə də Azərbaycanda lizinq və alternativ maliyyə alətləri (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) bazarının inkişaf etdirilməsi ilə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bankların likvidliyinin təmin edilməsi bank sektoruna inamın artırılması baxımdan olduqca vacibdir. Bununla yanaşı, forvard, fyuçers, opsion, svop, faktorinq kimi alətlərdən istifadə edilməsi bankların gəlirliliyinə təsir göstərməklə yanaşı, qiymətli kağızlar bazarının da inkişafını stimullaşdıracaq.

Maliyyə xidmətlərinin əlçatanlığının artırılması baxımdan ən vacib islahatlardan biri də Tədbirlər Planında kiçik və orta sahibkarlar üçün kreditlərə zəmanət fondunun yaradılmasıdır. V.Bayramov qeyd edib ki, zəmanət fondunun formalaşdırılması sahibkarların kreditlərə əlçatanlığını artırmaqla yanaşı, bank risklərinin də sığortalanmasına xidmət edəcək. Bu mexanizm imkan verəcək ki, kiçik və orta sahibkarlıq subyektləri üçün təqdim edilən kreditlərə fond tərəfindən zəmanət verilsin. Bununla da, sahibkarlar sözügedən zəmanətdən istifadə etməklə kreditlərdən daha səmərəli faydalana biləcəklər, banklar isə kiçik və orta sahibkarlar ilə əməkdaşlıqda maraqlı olacaqlar.

Tədbirlər Planında investorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması və banklararası pul bazarında aktivliyin artırılması səhm bazarının inkişafının əsas istiqamətlərindən hesab edilir. Post-neft dövrünün çağırışlarına uyğun olaraq ölkəmizdə səhm bazarının inkişafı daha prioritet hesab edilir. Səhm bazarının inkişafı bank sistemi ilə yanaşı real sektorda kooperativ idarəetmənin inkişafına və daxili maliyyə mənbələrdən daha yaxından faydalanmağa imkan yaradacaq.

Bankların dayanıqlılığının artırılması məqsədilə həyata keçiriləcək islahatlar likvidliyin gücləndirilməsi, qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması tədbirləri ilə yanaşı bankların hesabatlılığının gücləndirilməsi və o cümlədən bu sektorda şəffaflığın genişləndirilməsi kimi tədbirləri əhatə edir.

Tədbirlər Planında digər vacib məqam dövlət sektorunda qərarların qəbulunda şəffaflığın daha da gücləndirilməsi ilə bağlıdır. Belə ki, sənədə əsasən, yeni dövlət qərarlarının, qanunvericilik aktlarının mahiyyətinin qısa əks olunduğu, istifadəçilər üçün daha asan və əlçatan onlayn resursların yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, hər bir dövlət qurumu öz fəaliyyəti ilə bağlı qəbul edilən qərar və aktların izahatını sadə və anlaşıqlı dildə ictimaiyyət üçün izah edəcək. Bu zaman həmin izahatlar internet üzərindən ictimaiyyətə təqdim ediləcək və hər bir vətəndaşın, o cümlədən sahibkarların həmin məlumatlara maneəsiz əlçatanlığı təmin ediləcək.

Büdcə konsolidasiyasının davam etdirilməsi post-neft dövrünün çağırışlarına uyğun olaraq büdcə xərcləmələrində səmərəliliyin artmasına imkan verəcək. Bu, eyni zamanda, xərcləmələrin mövcud gəlirlilik səviyyəsinə uyğunlaşdırılması baxımdan vacibdir. Funksional və təşkilati xərc maddələri üzrə büdcə xərclərinə tavanların tətbiqi isə büdcə xərcləmələrində səmərəliliyin daha da yüksəlməsinə gətirib çıxaracaq.

Sənəd ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dövlət borclarının idarə edilməsi sisteminin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, dövlət borcunun idarə edilməsi və aşağı səviyyədə saxlanılması məqsədilə qısa, orta və uzunmüddətli dövr üçün dövlət borcunun idarə edilməsi strategiyası işlənib hazırlanacaq. Bu, dövlət borclarının arzuolunan səviyyədə saxlanması və idarəedilməsinin daha təkmilləşdirilməsi baxımdan vacib islahatdır.

Neft gəlirlərindən istifadəni tənzimləyəcək fiskal qaydaların qəbulu da sənəddə nəzərdə tutulur. Gözlənilir ki, bu daha çox Norveç modelində nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərdə yeni qaydaların müəyyənləşdirilməsinə səbəb olacaq. Bu isə dövlət gəlirlərinin formalaşmasında neft sektorundan asılılığın azaldılması baxımdan vacibdir.

Tədbirlər Planında, həmçinin işçilərin əmək hüquqlarının qorunması da vacib istiqamətlərdəndir. Belə ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl ən azı iki aylıq rəsmi xəbərdarlıq müddəti ilə əlaqədar tələbin iş stajından asılı olaraq diferensiallaşdırılması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, iş stajından asılı olaraq işçinin bu kontekstdə hüquqları müəyyənləşəcək. Eyni zamanda, işsizlikdən sığorta sisteminin tətbiq edilməsi və inkişafı da əsas islahatlardan biridir. Sənədə əsasən, iş stajından asılı olaraq işdənçıxarma müavinətinin diferensiallaşdırılması, işsizlikdən sığorta sisteminin tətbiq edilməsi, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta aylıq əməkhaqqının işsizlikdən sığorta ödənişi ilə əvəz edilməsi ilə bağlı yeni qanunvericilik aktının hazırlanması, mövcud qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi həyata keçiriləcək. Bu isə işdən azad edilən işçilərin bu sığortadan istifadə edilməsi və yeni iş tapanadək sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxaracaq.

Beynəlxalq praktikaya uyğun olaraq, məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçi ilə işəgötürən arasında nisbətlərə yenidən baxılması, işəgötürənin payının bu nisbətdə mərhələlərlə azaldılması və işçinin payının artırılması nəzərdə tutulub. Belə ki, mövcud qanunvericiliyə əsasən 22 faizlik sosial ödəniş işəgötürən tərəfindən həyata keçirilir. Bu isə bir sıra hallarda işəgötürəni işçi ilə əmək müqaviləsi bağlamağa stimullaşdırmır. Nəticədə gizli mühasibatlığın yaranmasına səbəb olur. Bu ödənişlərin inkişaf etmiş dövlətlərdə olduğu kimi işəgötürən ilə işçi arasında mərhələli şəkildə bölüşdürülməsi əmək müqavilələrin bağlanmasına stimul yaradacaq.

Tədbirlər Planına uyğun olaraq vergi ödənişlərinin sayının 6-dan 5-ə endirilməsi həyata keçiriləcək ki, bu da vergiödəyiciləri üçün prosedurların daha asanlaşmasına səbəb olacaq. Eyni zamanda, vergiödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması üzrə elektron müraciətdən istifadə edə biləcəklər. Bu isə həmin vəsaitlərin vergiödəyicisinə ödənilməsi mexanizminin təkmilləşdirilməsi və sadələşdirilməsinə imkan verəcək.

Sənəd Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunmasını da nəzərdə tutur. Bu isə Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması ilə yanaşı yerli bazarda rəqabətin müdafiəsi və gücləndirilməsi baxımından olduqca vacib islahatdır.

Elektrik təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayının 7-dən 3-ə qədər azaldılması da tədbirlər planına daxildir. Eyni zamanda, yeni islahatlardan sonra elektrik şəbəkəsinə qoşulma müddəti 69-dan 25 günədək azalacaq. Bu isə vətəndaşların daha qısa zamanda elektrik şəbəkəsindən istifadə etməsinə səbəb olacaq.

Tikintiyə icazə sisteminin da sadələşdirilməsi tədbirlər planında əks olunmuşdu. Hazırda tikintiyə icazə almaq üçün 18 prosedurdan keçməklə 203 gün tələb olunur. İslahatlardan sonra prosedurların sayının 10-dək, tələb olunan vaxtın isə 80 günə endirilməsi nəzərdə tutulur. Bu, həm proseduraların azaldılması, həm də elektron xidmətlərdən istifadə hesabına baş verəcək.

Tədbirlər Planında səhiyyə, təhsil sektorunda islahatların dərinləşdirilməsi daxil olmaqla əksər iqtisadi sferalarda innovativ yeniliklərin tətbiqi nəzərdə tutulur. Göründüyü kimi, Azərbaycan Prezidentinin imzaladığı yeni sənəd post-neft dövrünün çağırışlarına uyğun olaraq islahatların dərinləşdirilməsində yeni mərhələ kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb