DÜNYA


Tehranda Fransa səfirliyi qarşısında aksiya keçirilib

Tehran, 30 oktyabr, AZƏRTAC

Fransanın Tehrandakı səfirliyi qarşısında tələbələrin və İran ictimaiyyətinin nümayəndələrinin etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Tehran Universitetinin tələbələrinin təşkil etdiyi aksiyaya minlərlə iranlı qoşulub. Aksiya iştirakçıları Fransa hökumətindən “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının çəkilib yayılmasına son qoyulmasını tələb ediblər.

Etirazçılar Fransa prezidenti Emanuel Makronun müsəlmanları “separatçı” adlandırmasının da yolverilməz olduğunu bəyan ediblər.

Allahın elçisinin təhqir edilməsi və buna söz azadlığı donu geyindirilməsi milyonlarla müsəlmanın etiqadına toxunur. Fransa ilə yanaşı digər Avropa dövlətləri də söz və fikir azadlığı prinsiplərindən sui-istifadə edirlər. Müqəddəslərin təhqiri heç də demokratiya və söz azadlığından deyil, fitnə-fəsadlardan xəbər verir.

Aksiya iştirakçıları etirazlarını yazılı şəkildə səfirliyə təqdim ediblər. Etiraz aksiyası insidentsiz başa çatıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.