ELM VƏ TƏHSİL


Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri “Böyük dəbilqə” turnirində birlik nümayiş etdiriblər

Bakı, 13 may, AZƏRTAC

Heydər Əliyev adına İdman Sarayında keçirilən “Böyük dəbilqə” beynəlxalq cüdo turnirinin təşkilinə Təhsil Nazirliyinin “Bir” tələbə-könüllüləri dəstək veriblər.

“Bir” tələbə-könüllü proqramının ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq turnirdə 40-a yaxın “Bir” tələbə-könüllü tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “Bir” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək verilib.

“Böyük dəbilqə” beynəlxalq cüdo turnirinin hər bir hissəsində iştirakçılar tələbə-könüllülərin dəstəyindən faydalanıblar. Sonda isə beynəlxalq turnirin idmançıları və qonaqları “Bir” tələbə-könüllülərə təşəkkürlərini bildiriblər.

Tədbir üçün müraciət edən 300-dən çox tələbə-könüllü arasında seçim və müsahibə mərhələsi təşkil olunub. Seçilən tələbə-könüllülərə beynəlxalq turnirdən öncə təlim keçirilib.

Qeyd edək ki, “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Tələbələr www.konullu.edu.az  saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.