ELM VƏ TƏHSİL


Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi ilə bağlı suallar cavablandırılacaq

Bakı, 16 fevral, AZƏRTAC

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi barədə ictimaiyyət arasında ümumi məlumatlılığın artırılması məqsədilə vebinar keçiriləcək.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vebinarda nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov və Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Orxan Abbasov müsabiqə haqqında məlumat verəcəklər, sualları cavablandıracaqlar.

Vebinar Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.