ELM VƏ TƏHSİL


Tələbə könüllülər birgə layihələr rellaşdıracaqlar

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Könüllüləri Təşkilatı ilə Azərbaycan Texniki Universiteti (AzTU) könüllüləri birgə layihələr həyata keçirəcək.

Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. Qeyd olunub ki, bu məqsədlə UNEC Könüllüləri təşkilatının sədri Orxan Vəliyev, sədr müavini Cabbar Cəlilov, AzTU-nun tələbə-rektoru Əli Abdullazadə və AzTU Könüllüləri Təşkilatının sədri Fərid Zəkəriyev UNEC-də fikir mübadiləsi aparıblar.

Görüşdə iki universitetin tələbə təşkilatları arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.