İDMAN


Tələbələr Bakıda və regionlarda məşqçi kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın oyun növləri kafedrasının voleybol müəllimləri və bu növ üzrə ixtisasın dördüncü kurs tələbələri ilə görüşüb.

AVF-dən AZƏRTAC-a bildiriblər ki, Ş.Bağırov tələbələrə voleybolun ölkəmizdəki inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında məlumat verib. Federasiya rəhbəri bu ali məktəbin tələbələri üçün müvafiq seminarlar təşkil olunacağını da əlavə edib. Bildirib ki, bu seminarlardan uğurla keçəcək tələbələr gələcəkdə Bakıda və regionlarda məşqçi kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.