ELM VƏ TƏHSİL


Tələbələrə İspaniyanın təhsil sistemi haqqında məlumat verilib

Bakı, 22 fevral, AZƏRTAC

İspaniyanın Nebrixa Universitetinin İspanşünaslıq mərkəzinin direktoru Pilar Alkover Santos və həmin mərkəzin onlayn proqramlar üzrə direktoru Xavier Diaz ilə Azərbaycan Dillər Universitetinin (ADU) ispandilli tələbə və müəllim heyəti arasında görüş keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, İspan dili mərkəzinin təşkil etdiyi görüşdə tələbələr onlayn təşkil olunan proqramların mövzuları ilə yaxından tanış olublar. Həmçinin tələbələrə Nebrixa Universitetinin təhsil sistemi haqqında məlumat verilib.

Sonda müəllimlərin və tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.