DÜNYA


“Telegram”da videozənglər funksiyası istifadəyə verilib

Bakı, 27 iyul, AZƏRTAC

“Telegram” mesencerində videozənglər funksiyası işə salınıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, test mərhələsində olan funksiyadan hazırda “iOS” istifadəçiləri yararlana bilərlər. Bunun üçün “App Store” mağazasında mesencerin “6.3” adlı aktual versiyasının yüklənməsi tələb olunur. Sonra “Experimental Feature” (Eksperimental funksiyalar) funksiyasının aktivləşdirildiyi “Debug” menyusunu açmaq üçün proqramdakı quraşdırmalar işarəsi üzərinə 10 dəfə basmaq lazımdır. Bundan sonra profilə daxil olaraq fotoşəklin üzərinə gəlmək və funksiyadan istifadə etmək lazımdır.

Bu zaman həmsöhbətin eyni hərəkətləri yerinə yetirməsi vacibdir, əks halda videozəng etmək mümkün olmayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.