Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Televiziyaların dili monitorinq aynasında YENİLƏNİB VİDEO

Bakı, 2 mart, AZƏRTAC

Martın 2-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Televiziyaların dili monitorinq aynasında” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir 12 televiziya kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə təşkil olunub.

Tədbiri açan Mərkəzin direktoru professor Sevinc Əliyeva bildirib ki, dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasının təmin olunması əsas fəaliyyət istiqamətləri kimi qurumun Nizamnaməsində öz əksini tapıb. Mərkəz ölkə rəhbərinin fərman və sərəncamları, eləcə də dövlətin dil siyasətindəki əsas prinsipləri rəhbər tutaraq doğma dilin qorunması və nüfuzunun yüksəldilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Kütləvi informasiya vasitələrində ana dilinin tətbiqi vəziyyətinin öyrənilməsi və mövcud çatışmazlıqların aşkar edilməsi üçün monitorinqlər aparılır, nəticələr ictimaiyyətə geniş şəkildə təqdim olunur.

Professor Sevinc Əliyeva diqqətə çatdırıb ki, Mərkəz tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilmiş və televiziyaların dilinin praktik vəziyyətini əks etdirən 4800 dil faktı “Televiziyaların dili monitorinq aynasında” adlı kitabda öz əksini tapıb. Bəzi aparıcıların televiziyaya “fərdi” üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar vurğulanıb.

Sevinc Əliyeva bildirib ki, bu monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır.

Tədbirdə radioların monitorinqinin başa çatması və hazırda gündəlik qəzetlərin monitorinqinin aparılması barədə də məlumat verilib.

Cərimələrlə bağlı suallara da aydınlıq gətirən Mərkəzin direktoru qeyd edib ki, aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq.

“Televiziyaların dili monitorinq aynasında” adlı məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilib, onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir. Dosent aparıcı və müxbirlərlə yanaşı ekspert və qonaqların nitqinin də monitorinqə cəlb olunduğunu, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlərin də kitaba daxil edildiyini vurğulayıb. Televiziyalarda ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlənməməsinin adi hala çevrildiyi qeyd olunub. Məruzədə monitorinq zamanı leksik vahidlərin aid olmadığı mənada işlədilməsi, söz və ifadələrin lüğəvi mənalarının müəlliflər tərəfindən tam mənimsənilməməsi və ya onların lüzumsuz şəkildə mətnə daxil edilməsi kimi ciddi nitq nöqsanları da diqqətə çatdırılıb. Ədəbi dil normalarının pozulması fonunda ən çox üslubi səhv və xətalara yol verilməsi təəssüf doğuran məqam kimi dəyərləndirilib.

Sonra AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, görkəmli yazıçı Seyran Səxavət, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, AMEA Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycan dili ahəngliliyi və nizamlılığı baxımından dünya dilləri içərisində özünəməxsus dil kimi səciyyələndirilib, milli varlığımız və kimliyimizin göstəricisi olan ana dilinin saflığının qorunması istiqamətində Mərkəzin fəaliyyəti yüksək qiymətləndirilib. Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, görkəmli dilçi alimlər və ziyalıların, media nümayəndələrinin yaxından iştirak etdiyi müzakirədə kütləvi informasiya vasitələrində yazılı və şifahi nitqdə yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.

Tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları, Müşahidə Şurasının üzvləri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı alimləri, dövlət qurumlarının əməkdaşları, televiziya kanallarının rəhbər və məsul şəxsləri, tanınmış aparıcılar və digər fəxri qonaqlar iştirak ediblər.

Televiziyaların dili monitorinq aynasında YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək