Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tərəqqiyə və yüksək rifaha nail olan müasir Naxçıvan inkişafının yeni mərhələsini yaşayır

Naxçıvan, 13 fevral, AZƏRTAC

Ulu Öndərimizin əsasını qoyduğu strateji inkişaf konsepsiyasının reallaşdırılması uğurlara yol açır

Muxtar respublikada ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf konsepsiyasının layiqincə davam etdirilməsinin nəticəsində ciddi institusional islahatlar aparılıb, tərəqqiyə, sabitliyə, yüksək rifaha nail olan müasir Naxçıvan yaradılıb. Bu gün Ümummilli Liderimizin siyasi məktəbinin layiqli məzunlarının müdrik, uzaqgörən, innovativ siyasəti qədim diyarı daha böyük uğurlara aparır. Ona görə də sakinlər əmindirlər ki, bu il muxtar respublika yeni mərhələdə inkişaf edəcək, quruculuq salnaməsinə yeni-yeni parlaq səhifələr yazılacaqdır. Naxçıvan məhz belə bir yüksək əhval-ruhiyyə ilə 2020-ci ili qarşılayıb. Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə keçirilən bayram şənliyində bu ab-hava aydın şəkildə hiss edilirdi. 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Hərbi qulluqçuların xidmət və məişət şəraiti daha da yaxşılaşdırılıb

Vətənimizin başlandığı yer olan sərhədlərimiz hər zaman müqəddəs və toxunulmazdır. Sərhəd həm də hər bir dövlətin milli atributudur. Ona görə də sərhədçi olmaq böyük məsuliyyəti daşımaq mənasına gəlməklə yanaşı, həm də böyük şərəfdir. Muxtar respublikada bu xidməti yüksək səviyyədə həyata keçirən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər və zabitləri sərhədçi olmağın məsuliyyətini dərindən dərk edir, qarşıya qoyulan vəzifələri inamla, qürurla yerinə yetirirlər. Sevindirici haldır ki, bu gün diviziyanın maddi-texniki bazası daha da möhkəmləndirilib, hərbi qulluqçuların xidmət və məişət şəraiti yaxşılaşdırılıb. Görülən işlərin davamı olaraq yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, uşaqlara hədiyyələr təqdim edib.

Şəxsi heyətlə görüş zamanı Ali Məclisin Sədri deyib: “3-cü Sərhəd Zastavası 1981-ci ildə - Sovetlər Birliyi dövründə yaradılmışdır. Üç ölkənin sərhədinin kəsişdiyi ərazidə yerləşən zastavada heç vaxt bu cür xidməti şərait olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ərazinin vacibliyi nəzərə alınmış, zastavanın fəaliyyətinin təmin olunması sahəsində işlər görülmüşdür. Sovetlər Birliyi dövründə Sədərək rayonu ərazisindəki birinci sərhəd zastavası və Ordubad istiqamətindəki iki zastava Naxçıvan Sərhəd Dəstəsinə tabe deyildi. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində Ordubad və Sədərək istiqamətlərində olan zastavalar Naxçıvan Sərhəd Dəstəsinin tabeliyinə verildi və onlar üçün xidməti şərait yaradıldı”.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti vəzifələrini layiqincə yerinə yetirən əsgər, çavuş, gizir və zabitlər həmişə yüksək dövlət mükafatlarına layiq görülürlər. Ölkə Prezidentinin 2019-cu il 16 avqust tarixli müvafiq Sərəncamı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ali Məclisin Sədri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevə təqdim edib.

Quruculuq salnaməsinə yeni-yeni parlaq səhifələr yazılır

Muxtar respublikada Heydər Əliyev siyasi xəttinin dönmədən həyata keçirilməsi bütün sahələrdə nailiyyətlərə yol açır. Ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olunması isə inkişaf proseslərini daha da sürətləndirir. Bu, həyata keçirilən kompleks quruculuq tədbirlərində də özünü göstərir. Bütün bunların nəticəsində qədim diyarın yaşayış məntəqələri müasir görkəm alır, kəndlərdə yaradılan infrastruktur məskunlaşmanı daha da artırır. Ötən ay abadlaşan yaşayış məntəqələrinin sırasına Ordubad rayonunun Vənənd kəndi də qoşulub.

Yanvarın 13-də Ali Məclis Sədrinin iştirakı ilə Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib. Həmin obyektlərdən biri də müasir tədris şəraiti ilə təmin olunmuş kənd tam orta məktəbidir. Yeni məktəbdə yaradılan şərait bundan sonra da tədrisin yüksək səviyyədə təşkilinə və nailiyyətlərin artmasına imkan verəcəkdir. Bunun üçün hər cür imkan vardır. Çünki vaxt var idi ki, lövhəyə yazmaq üçün təbaşirin tapılmadığı bir yerdə bu gün elektron lövhəli sinif yaradılıb və həmin sinifdə mədəniyyət, elm müəssisələri ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilir. Bu, əldə edilən inkişafın, nailiyyətin, təhsilə göstərilən böyük diqqətin nəticəsidir.

Bunun da əsaslı səbəbləri vardır. Belə ki, son 25 ildə muxtar respublikada təhsil quruculuğu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirilib. Ötən dövrdə şəhər və rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndlərində də yeni məktəb binaları inşa olunub. Buna görə də Naxçıvan təhsili artıq yeni inkişaf dövrünü yaşayır. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada istedadlı və bilikli gənclər yetişir. Hər il yüzlərlə məzun ali məktəblərə qəbul olur, yüksək nəticələr göstərirlər. Bu da gələcəyimiz üçün çox vacibdir. Çünki əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, hazırda bu, daha çox insan kapitalıdır. Buna isə yalnız yüksək təhsillə nail olmaq mümkündür.

Açılış tədbirində bu məsələlərə toxunan Ali Məclisin Sədri təhsilin, elmin inkişafının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün dünyada qəbul olunmuş “elmdən istehsalata” təcrübəsi Azərbaycanda uğurla tətbiq olunur. Gənclər təhsilin bütün pillələri üzrə hərtərəfli təhsil almaq imkanlarına malikdirlər. Muxtar respublikada da bu sahədə görülən işlər təhsilin inkişafını təmin etmişdir. Artıq Naxçıvan Muxtar Respublikasında təhsilin inkişaf göstəriciləri ümumi Azərbaycan üzrə orta səviyyədən yüksəkdir”.

Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilir

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binaların tikilməsi, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir. Ali Məclis Sədrinin göstərdiyi qayğı sayəsində bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. 

Yaşayış məntəqəsində insanların sağlamlıqlarının keşiyində dayanmaq üçün kənd həkim ambulatoriyasının, yeni kənd mərkəzinin istifadəyə verilməsi sakinlərə göstərilən dövlət qayğısının nümunəsidir. Həkim ambulatoriyasında aparılan qeydiyyatın elektron formada olması, burada quraşdırılan kompüterin səhiyyə informasiya idarəetmə sisteminə qoşulması, xidmət mərkəzində satılan məhsulların 90 faizinin yerli istehsal olması həm də inkişafın göstəricisidir. Yanvarın 13-də Ordubad rayonunun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolunun əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilməsi isə sakinlərin gediş-gəlişini xeyli asanlaşdırıb. Quruculuq işlərindən sonra Vənənd kəndi qəsəbə görkəmi alıb. Kəndin bugünkü siması, yaradılan şərait vaxtilə buradan köçüb gedənlərin qayıtmasına səbəb olub. Bütün bunlar insan amilinə verilən dəyərin nəticəsidir.

Radio-televiziya verici stansiyalar yenidən qurulur

Bu gün muxtar respublikamızda həm də yeni texnologiyaların tətbiqinə üstünlük verilir. Yeni texnologiyalardan istifadə insanların dünyagörüşünün artmasına, həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Onun tətbiqi, eyni zamanda yeni mütəxəssislərin yetişməsi deməkdir. Çünki avadanlıqları yaxşı öyrənmək, onlara düzgün xidmət göstərmək vacibdir. Ali Məclis Sədrinin iştirakı ilə 2018-ci ildə İbadulla, bu il yanvarın 13-də isə Dəstə Radio-Televiziya Verici Stansiyasının istifadəyə verilməsi də qeyd olunan məqsədlərə xidmət edir. Stansiya Ordubad rayonu ərazisində 12 televiziya və 10 radio yayımını təmin edir. Binada yaradılan şəraitlə tanış olan Ali Məclisin Sədri muxtar respublikada digər radio-televiziya verici stansiyaların da yenidən qurulması ilə bağlı tapşırıqlar verib. 

Onu da deyək ki, bəzi ölkələrdə analoq yayımdan rəqəmsal yayıma keçidə yenicə başlanıb. Lakin muxtar respublikada bir neçə il bundan əvvəl tam rəqəmsal yayıma keçilib.

Tarixin “canlı şahidləri” olan su dəyirmanları bərpa edilir

Tarixin şahidi hesab edilən su dəyirmanları həm də bizim milli abidəmiz olan, ulu babalarımızın təfəkküründən süzülüb gələn təbii istehsal obyektidir. Onu qoruyub gələcək nəsillərə çatdırmaq bu mənada çox əhəmiyyətlidir. Ruzi-bərəkət rəmzi olan su dəyirmanları tarixən həm də taxılçılığın inkişafında rol oynayıb. Bu dəyirmanda üyüdülən undan istifadə insanların sağlam ekoloji məhsullarla qidalanmalarına, sağlam həyat tərzi keçirmələrinə şərait yaradır. 

Yanvarın 13-də Ali Məclis Sədrinin iştirakı ilə Ordubad rayonunun Darkəndində su dəyirmanı istifadəyə verilib. Bu, Azadkənd, Darkənd və Aza kəndlərinin sakinlərinin sevincinə səbəb olub. Ona görə ki, əvvəllər həmin yaşayış məntəqələrinin sakinləri taxılı qonşu kəndlərə apararaq üyüdürdülər. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində su dəyirmanının yenidən qurulması bu çətinliyi də aradan qaldırıb.

Şəhid ailələri mənzillərlə təmin olunurlar

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı, habelə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Təkcə ötən il müvafiq kateqoriyalı 17 ailəyə fərdi yaşayış evləri və mənzillər, 35 nəfərə minik avtomobilləri təqdim edilməsi də bunun bariz sübutudur. 

Yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilib.

“O ölkənin suverenliyi və ərazi bütövlüyü qorunur ki, həmin ölkədə vətənpərvər insanlar vardır. Vətənpərvər insanlar hər bir ölkənin ən qiymətli sərvətidir”, - deyən Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə, göstərdikləri vətənpərvərlik nümunəsinə görə təşəkkür edib.

Fərdi yaşayış evləri Ordubad rayonunun Darkənd və Şərur rayonunun Dəmirçi kəndlərində, mənzillər isə Babək qəsəbəsindəki yeni yaşayış binasında yerləşir. Fərdi yaşayış evləri və mənzillər tam təmir olunub, lazımi kommunal-məişət şəraiti yaradılıb, xalça hədiyyə edilib.

İcbari tibbi sığorta uğurla tətbiq edilir

Muxtar respublikada səhiyyənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini yüksəldib. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqinə başlanıb. 2019-cu ilin dekabr ayından isə Culfa rayonunda icbarı tibbi sığortaya keçidlə bağlı işlərə başlanılıb. Rayon mərkəzi xəstəxanasında yenidənqurma işləri görülüb, səhiyyə müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 31 adda 57 müasir tibbi avadanlıq və ləvazimat alınaraq quraşdırılıb. Yeni avadanlıqlar müayinə və müalicələrin dəqiq aparılmasına imkan verəcəkdir.

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən Ali Məclisin Sədri Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın ən qiymətli sərvəti onun insanlarıdır” fikrini xatırladıb. Ali Məclisin Sədri deyib: “Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər icbari tibbi sığortanın tətbiqinə tam imkan verir. Çünki lazımi səhiyyə infrastrukturu yaratmadan icbari tibbi sığortanı tətbiq etmək mümkün deyil. Artıq muxtar respublikanın səhiyyə müəssisələrində icbari tibbi sığortanın tətbiqi üçün hər cür şərait vardır. İcbari tibbi sığortanın baza zərfinə daxil olan 1525 adda tibbi xidmətin 638-i Culfa Rayon Mərkəzi Xəstəxanasında tətbiq olunacaqdır. Gələcəkdə digər tibbi xidmətlərin də tətbiq olunması üçün imkanlar mövcuddur”.

Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına və əhaliyə nümunəvi tibbi xidmət göstəriləcəyinə əminliyini bildirib, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.

Həmin gün Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Ağciyər Xəstəlikləri Dispanserinin icbari tibbi sığortaya keçirilməsi ilə bağlı tapşırıqlar verib.

20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınıb. 

Yanvarın 20-də Ali Məclisin Sədri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib, xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub.

Tədbirdən sonra Xatirə Muzeyində olan Ali Məclisin Sədri muzeydə məktəblilərin iştirakı ilə açıq dərslərin keçirilməsi və qəhrəmanlıq tariximiz barədə gənc nəslin məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Baytarlıq xidmətinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması heyvandarlığın inkişafına səbəb olur

Aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində muxtar respublikada əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilib. Ət-süd emalı müəssisələrinin yaradılması qədim diyarın bütün rayonlarında əhalinin əsas məşğulluq sahəsi olan heyvandarlığın inkişafına səbəb olub. 2019-cu ildə muxtar respublikada heyvandarlıq sahəsinə 9 milyon 982 min manatdan artıq kredit verilib. Hazırda burada 115 min 620 baş iribuynuzlu, 704 min 57 baş xırdabuynuzlu heyvan, 1 milyon 307 min baş quş və 99 min 798 arı ailəsi saxlanılır. Yeni baytarlıq idarələri və məntəqələrinin tikilməsi, laboratoriyaların qurulması, süni mayalanmanın tətbiqi heyvandarlığın, arıçılığın və quşçuluğun inkişafına səbəb olub. 

Yanvarın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının açılışı olub. Tədbirdə iştirak edən Ali Məclisin Sədri idarənin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.

“Baytarlıq xidmətinin təşkili fədakarlıq və zəhmət tələb edir. Muxtar respublikada epizootik tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, heyvanlar arasında infeksion xəstəliklər yoxdur”, - deyən Ali Məclisin Sədri kollektivin timsalında muxtar respublikanın bütün baytarlıq təbabəti xidmətinin əməkdaşlarına təşəkkürünü bildirib, bundan sonra da Babək rayonunda heyvandarlığın, arıçılığın və quşçuluğun inkişafına xüsusi diqqət göstərilməsinin vacibliyini qeyd edib, kollektivə işlərində uğurlar arzulayıb.

Binada yaradılmış şərait ilə tanış olan Ali Məclisin Sədri baytarlıq sahəsində Dövlət Proqramının hazırlanması və xidmətin təşkilində maarifləndirməyə diqqətin artırılması barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Görülən işlər qədim diyarın daha işıqlı gələcəyinə sarsılmaz inam yaradır

Göründüyü kimi, muxtar respublikada kənd təsərrüfatının inkişafı, iqtisadi artımın yüksək sürətinin davamlılığının təmin edilməsi, sakinlərin yaşayış şəraitinin və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən ay da uğurla davam etdirilib, innovasiyalı, sosial oriyentirli mərhələyə keçidin təmin olunması istiqamətində görülən işlər öz müsbət nəticələrini verib. Sosial-iqtisadi sahədə böyük uğurlara imza atılması, insanların rahatlığına hesablanmış işlərin vətənpərvərliklə həyata keçirilməsi qədim diyarın daha işıqlı gələcəyinə sarsılmaz inam yaradır. 2020-ci ilin ilk ayında görülən işlər bu inamı daha da gücləndirir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib