REGİONLAR
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
Tərtər, 8 aprel, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq, aprelin 8-də Tərtər şəhərinin Nizami, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Elman Səfərov küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında, inzibati binalarda, ödəniş terminalları və bankomatlarda dezinfeksiya işləri aparılıb.