REGİONLAR


Tərtərdə “Xarıbülbülün qayıdışı” adlı şeir müsabiqəsinin qalibləri məlum olub

Tərtər, 28 may, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “Qarabağın göz bəbəyi əsrarəngiz Şuşa” adlı layihə çərçivəsində “Xarıbülbülün qayıdışı” adlı şeir müsabiqəsi təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şeir müsabiqəsinin seçim turlarında 30-dan artıq şagird iştirak edib, onlardan 10-u əsas mərhələyə vəsiqə qazanıb.

Müsabiqənin sonunda Tərtər şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseyin Səfərov “Azərbaycan bayrağı” şeirini söyləyərək birinci olub. Ələsgərli kənd tam orta məktəbinin şagirdi Nərminə Cavadova “Qarabağa gedirəm” adlı şeirlə ikinci, 2 nömrəli məktəb-liseyin şagirdi Zümrüd Səfərova “Salam Şuşam” adlı şeirlə üçüncü yerə layiq görülüblər. Müsabiqənin qalibləri fəxri fərman və sertifikatla mükafatlandırılıb.

Tədbirin sonunda “Vətəndən pay olmayır” adlı videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.