CƏMİYYƏT


Tərtərdə karantin rejimi qaydalarının pozulduğu toy məclisləri aşkar edilib

Bakı, 16 iyul, AZƏRTAC

Tərtər Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində iki fərdi evdə təşkil olunan toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı Tərtər rayonunun Sarov və Köçərli kəndlərində yerləşən fərdi evlərdə keçirilən toy məclislərində müəyyənləşdirilmiş saydan artıq şəxsin toplaşdığı aşkarlanıb.

Həmin qayda pozuntuları ilə əlaqədar iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.