REGİONLAR
Tərtərli gənclər "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirirlər
Tərtər, 7 iyul, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulan Tərtər rayonunun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirirlər.
Tərtər Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kampaniya çərçivəsində gənclər Tərtər şəhərindəki parkda gediş-gəliş zamanı sosial məsafənin saxlanılmasını təmin etmək üçün istiqamətləndirici nişanlar çəkib və üzərində maarifləndirici məlumatlar olan stikerləri müvafiq yerlərə yapışdırıblar. Gənclər həmçinin insanlar arasında maarifləndirmə işi apararaq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat veriblər.
Sosial aksiya vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.