ELM VƏ TƏHSİL


Texniki Universitetdə TİKA ilə əməkdaşlıq çərçivəsində təlim

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) metallurgiya, materiallar texnologiyası, fizika, kimya, maşın mühəndisliyi, mexanika və digər istiqamətlərdə praktiki biliklərin verilməsi və tədqiqatların aparılması məqsədilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən müvafiq kafedraların gənc professor-müəllim heyətinə təlim keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, ikigünlük təlim TİKA-nın dəstəyi ilə alınan “ezAFM+” atom mikroskopunun iş prinsipinə həsr olunub.

İrmak Gürlek Sönmez tərəfindən aparılan təlimdə avadanlığın iş prinsipi və mikroskopun komponentləri barədə məlumat verilib. Həmçinin mikroskop üzərində praktiki işlər, cihazın quraşdırılması və istifadəsi barədə qaydalar əməkdaşların diqqətinə çatdırılıb.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.