İDMAN
Teymur Rəcəbov: Pandemiya dövründə şahmat məşğələlərinə 300 mindən çox insan cəlb etmişəm
Bakı, 17 may, AZƏRTAC
Onlayn formatı vacib hesab edirəm, çünki ona böyük auditoriya cəlb etmək mümkündür. 2020-ci ildə pandemiya dövründə mən hindistanlı həmkarlarımla birlikdə şahmat məşğələlərinə 300 mindən çox insan cəlb edə bilmişəm və onlar bundan sonra həqiqətən də oynamağa başlayıblar. Bu, ağlagəlməz rəqəmlərdir, belə ki, məşğələlərin keçirilməsinə 4-5 ay vaxt tələb olunurdu.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “gazeta.ru” nəşrinə müsahibəsində azərbaycanlı şahmatçı Teymur Rəcəbov bildirib.
T.Rəcəbov deyib: “Pandemiya zamanı biz Aniş Qiri, Vidit Qucrati, komediyaçı Samay Rayna ilə birlikdə işləmişik və şahmata ağlagəlməz sayda həvəskarları cəlb etməyə nail olmuşuq. Samay yutub kanalını ən yüksək reytinqə çatdırdı və pərəstişkarların gözləri önündə müxtəlif oyunlar, əsasən şahmat oynamaya başladı. O, onlayn formatda məşğul olurdu, yığıncaqlarda iştirak edirdi. Beləliklə, bir kanal bir milyondan çox insanı bir araya gətirə bildi. Bu səbəbdən pərəstişkarların səninlə birbaşa ünsiyyətdə olduğu və şahmat oynadığı, habelə suallar verdiyi onlayn rejimi çox mühümdür. Bunun sayəsində onlar nəyisə öyrənə, oxuya bilirlər. Şahmatı onlayn formatda inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur və insanlar bunu bilir. Bu, şahmatın təbliğidir. Yaxşıdır ki, mənim səhhətim qaydasına düşüb, beşsaatlıq yayımda iştirak edə bilirəm, sonuncusu isə, ümumiyyətlə yeddi saat davam etdi. Bu, Yan Nepomnyaşi və Din Licenin matçı zamanı oldu”.