CƏMİYYƏT


Təyyar Eyvazov: Ölkədə 5 milyona yaxın vətəndaş koronavirus əleyhinə peyvənd vurdurub

Bakı, 20 oktyabr, AZƏRTAC

Ölkədə 5 milyona yaxın vətəndaş koronavirus əleyhinə peyvənd vurdurub. Vaksinlərin müşahidə edilən yan təsirlərinin əksəriyyəti yüngül dəyərləndirilir. Həmin yan təsirlər maksimum 2-3 sutka ərzində keçib gedir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində "COVID-19 peyvəndləri" mövzusunda danışarkən deyib.

Mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil: "Vətəndaşın koronavirusa yoluxması rəsmi olaraq qeydiyyata alınıbsa, o, sağaldıqdan 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və ya xəstələndikdən 6 ay sonra orqanizmdə yaranan immunitet zəifləməyə başlayır. Ona görə də həmin vətəndaşlar virusa yenidən yoluxa bilər. Xəstəlik keçirən peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olar. Koronavirus infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil: "Vətəndaşın koronavirusa yoluxması rəsmi olaraq qeydiyyata alınıbsa, o, sağaldıqdan 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və ya xəstələndikdən 6 ay sonra orqanizmdə yaranan immunitet zəifləməyə başlayır. Ona görə də həmin vətəndaşlar virusa yenidən yoluxa bilər. Xəstəlik keçirən peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olar. Onu da qeyd edim ki, hansısa xroniki xəstəliyin kəskinləşdiyi dövrdə peyvənd vurdurmaq tövsiyə edilmir. Belə olan halda, birinci və ya ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.