CƏMİYYƏT
Tibb işçiləri mükafatlandırıldılar
Bakı, 30 dekabr, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə bir qrup tibb işçisi mükafatlandırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının şöbə müdiri Zəhra Abbasova, Neftçala Şəhər Mərkəzi Xəstəxanası baş həkiminin müavini Ramiz Əliyev, Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Əfsər Nəcəfov, Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası baş həkiminin müavini Eldar Rəhimov, Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi Səidə Rüstəmova “Səhiyyə əlaçısı” döş nişanları ilə təltif ediliblər.
Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətlərinə görə Respublika Talassemiya Mərkəzinin şöbə müdiri Eldar Abduləlimov, Kliniki Tibbi Mərkəzin şöbə müdiri Mirhaşim Calalov, Uşaq Nevroloji Xəstəxanasının tibb bacısı Mərziyə Əzimova,
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Sevinc Rəfibəyli iSəhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.
Bundan başqa, Respublika Talassemiya Mərkəzinin, akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının və Mərkəzi Neftçilər Xəstəxanasının kollektivlərinə də Səhiyyə Nazirliyinin fəxri fərmanları və pul mükafatları verilib.