İDMAN


Tokioda Karate 1 Premyer Liqa seriyasına start verilib

Bakı, 12 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa seriyasından turniri başlayıb.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, mövsümün sonuncu yarışında Azərbaycan milli komandasının heyətində 12 karateçimiz iştirak edir. Heyətdə Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar.

Karateçilərimiz oktyabrın 12-də tatami üzərinə çıxacaqlar.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və səfirliyin əməkdaşları da yarış zalında milli komandamızı dəstəkləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.