İDMAN


Topaz Premyer Liqası: Səlahət Ağayev doqquzuncu dəfə rəmzi komandada yer alıb

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Azərbaycan Premyer Liqasının 17-ci turunun rəmzi komandasının heyəti müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşdırılan rəmzi “11-lik”də “Keşlə”nin 4, “Qarabağ”ın 2, “Neftçi”nin 3, “Qəbələ” və “Sabail”in bir futbolçusu yer alıb.

Rəmzi komandada Səlahət Ağayev (“Neftçi”) 9, Abdullah Zubir (“Qarabağ”) 5, Voislav Stankoviç (“Qəbələ”) 4, Azər Salahlı (“Keşlə”) 2, Riçard Almeyda (“Qarabağ”) 2, Jarjue Maudo (“Səbail”), Cabir Əmirli (“Keşlə”), Nikola Mitroviç (“Keşlə”), Evangelos Platellas (“Neftçi”), Canluka Sansone (“Neftçi”) və Amil Yunanov (“Keşlə”) bir dəfə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.