REGİONLAR


Tovuzda 6 modul tipli məktəb quraşdırılıb

Tovuz, 6 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın bölgələrində təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 5 aprel tarixli Sərəncamına əsasən, hazırda Tovuz rayonunda, ümumilikdə, 332 şagird yerlik 6 modul tipli məktəb binası quraşdırılır.

Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, modul tipli məktəb binaları əsasən rayonun dağ kəndlərində inşa olunur.

Hazırda Hacıhəsənli və Sarıtala kəndlərində quraşdırma işləri başa çatmaq üzrədir. Qayadibi və Qoşa kəndlərində quraşdırılan məktəblərin isə yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.