REGİONLAR


Tovuzlu fermerlər istixanalarda yetişdirdikləri məhsulun satışından 4 milyon 100 min manat gəlir götürüblər

Tovuz, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC

Ötən mövsüm tovuzlu fermerlər ümumilikdə 38,4 hektar sahəni əhatə edən istixanalarda 3072 ton məhsul yetişdiriblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fermerlər məhsul satışından 4 milyon 100 min manat gəlir əldə ediblər.

Eyni zamanda, 1329 hektar tərəvəz əkini sahəsindən 28 min 475 ton məhsul götürülüb. O cümlədən 10270 ton yerkökü istehsalından fermerlər 3 milyon 629 min manat gəlir götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.