REGİONLAR
Tovuzlu fermerlər tütün sahələrindən əlli ton məhsul toplayıblar
Tovuz, 9 avqust, Famil Quliyev, AZƏRTAC
Ötən il 20 hektar sahədə tütün əkib bol məhsul tədarük edən tovuzlu fermerlər cari ildə bu sahələri 50 hektaradək genişləndiriblər. İkinci ildir ki, bu işlə məşğul olan fermerlər cari mövsümdə sahələrdən bol məhsul toplayırlar.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonda tütün yığımının qızğın çağıdır.Tütünçılıklə məşğul olan fermerlər sahələrdən hələlik 50 ton tütün istehsal ediblər. Yığılan məhsul qurudulandan sonra tütün kombinatına təhvil veriləcək. Rayonda tütünçülüyün yenidən bərpası nəticəsində 200 nəfərə qədər kənd sakini işlə təmin olunub.
Qeyd edək ki, ötən il 20 hektar ərazidə tütün becərən fermerlər 3140 kiloqram məhsul istehsal ediblər. Rayonda tütün yığımı oktyabr ayına qədər davam edəcək.