DÜNYA


“Toyota” şirkəti avtomobillərdə təsadüfən qaza basmanın qarşısını alan sistem quraşdıracaq

Tokio, 11 avqust, AZƏRTAC

Yaponiyanın “Toyota” avtomobil istehsalı şirkəti avtomobillərdə təsadüfən əyləc əvəzinə qaza basmanın qarşısını alan yeni sistem quraşdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yomiuri Şimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, əgər əvvəllər avtomobillər avtomatik əyləc sistemi ilə təchiz olunurdusa, yeni sistem funksiyanın təkmilləşdirilməsini nəzərdə tutur. Bu sistem avtomobilin qarşısında maneə müşahidə edildikdə işə düşür.

Yeni sistemin digər əsas cəhəti onun yalnız yeni avtomobillərə deyil, eyni zamanda, əvvəllər istehsal edilmiş avtomobillərdə də quraşdırılmasının mümkünlüyüdür. Yeni kampaniyaya əsasən, yaşlı sürücülərin cəlb olunması nəzərdə tutulur. Buna görə də yeni sistemin qiymətinin 500 dollardan çox olmayacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.