MƏDƏNİYYƏT
“Traviata” növbəti dəfə təqdim olunub
Bakı, 4 fevral, AZƏRTAC
Cüzeppe Verdinin “Traviata” üçpərdəli operası növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında izlənilib.
AZƏRTAC xəbər verir ki, xronometrajı üç saat olan səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda təqdim olunub.
Səhnə əsərində Violetta obrazını İnarə Babayeva, Alfredi isə Fərid Əliyev canlandırıb. Digər partiyalarda Cahangir Qurbanov, Səbinə Vahabzadə, Əli Əsgərov, Əkrəm Poladov, Əliəhməd İbrahimov, Firus Məmmədov və Nina Makarova çıxış ediblər. Opera Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]