Tural Musayev: Turizm bələdçilərinin sertifikatlaşdırılması üçün nəzərdə tutulan məbləğ açıqlanıb
AzerTAg.az

Bakı, 7 dekabr, AZƏRTAC
Turizm bələdçilərinin sertifikatlaşdırılması üçün nəzərdə tutulan məbləğ açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanına akkreditasiya attestatının təqdim edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev deyib.
Bildirib ki, məbləğ çox da böyük olmasa da, bələdçi bu vəsaiti 3 il ərzində rahat qazana bilər: “Hazırda bu məbləğ 200-500 manat arasında nəzərdə tutulub. Həmin məbləğ komissiya üzvləri və nəqliyyat xərcləri üçün nəzərdə tutulub. Yazılı qiymətləndirmədən əlavə, turizm bələdçisinin texniki peşə qaydalarını öyrənməsi üçün nəqliyyatla gəzintisi də təşkil olunacaq. Ola bilsin ki, 2022-ci il üzrə Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi məbləğin müəyyən hissəsini öz üzərinə götürsün, hazırda bununla bağlı danışıqlar aparılır”.
Xəbərin mətnində orfoqrafik səhv var