DÜNYA


Türk Şurasının Baş katibi Qazaxıstanın birinci Prezidenti-Elbası ilə görüşüb

Ankara, 9 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə görüşüb.

Türk Şurası Katibliyindən AZƏRTAC-a verilən məlumata görə, Nur-Sultan şəhərində keçirilən görüşdə Baş katib Qazaxıstanın birinci Prezidentinin türk dünyası qarşısındakı xidmətlərindən, eləcə də onun fəxri rəhbəri olduğu Şuranın fəaliyyətindən danışıb.

Nursultan Nazarbayev Özbəkistanın Türk Şurasına üzv olmasından və təşkilatın Budapeştdə Avropa ofisinin açılmasından məmnunluğunu ifadə edib.

Baş katib Türk Şurasının oktyabrın 14-15-də Bakıda keçiriləcək Zirvə Görüşünə hazırlıq işləri haqqında məlumat verib. O, əminliklə bildirib ki, Türk Şurasının Bakı Zirvəsi təşkilatın fəaliyyətində xüsusi bir canlanma yaradacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.