SİYASƏT


Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Şuşadakı “andiçmə” şousuna qəti etirazını bildirib

Ankara, 21 may, AZƏRTAC

BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın davam etdirdiyi qanunsuz fəaliyyətin qarşısını almaq üçün konkret addımlar atmalıdırlar. Beynəlxalq ictimaiyyət Şuşada təşkil olunan “andiçmə” şousuna biganə qala bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının məsələ ilə əlaqədar yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin davam etməsi, hərbi işğalın ağır nəticələrinin aradan qaldırılmaması, eləcə də təcavüzkar tərəfin davamlı təxribatçı fəaliyyəti bölgədə sülhə və sabitliyə əsas təhdiddir. Diqqətə çatdırılır ki, nüfuzlu beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağda keçirilən məlum qondarma “seçkilər”ə etiraz bildirməsinə baxmayaraq, işğalçı Ermənistan özünün məkrli təxribatlarını davam etdirməkdədir. Vurğulanır ki, özünü sülh danışıqları tərəfdarı kimi göstərən işğalçı Ermənistanın əsl niyyəti mayın 21-də Şuşada təşkil olunan təxribat xarakterli şou ilə bir üzə çıxdı. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlardakı pozulan hüquqları bərpa edilməlidir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.