SİYASƏT


Türkiyə Böyük Millət Məclisinin sədri “Dubay Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

Bakı, 21 yanvar, AZƏRTAC

Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Mustafa Şentop, eləcə də bu ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Birləşmiş Ərəb Əmirliklərinə səfərləri çərçivəsində “Dubay Ekspo 2020” ümumdünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, milli pavilyonla tanış olan Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazaraq deyib: “Dubayda keçirilən “Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunun qonağı olmaqdan şərəf duyuram. Pavilyonun Can Azərbaycanın tanıdılmasına və ticarət əlaqələrinin qurulmasına töhfə verəcəyinə ümid edirəm”.

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli də milli pavilyonda sərgilənən eksponatlarla tanış olub. “Qardaş Azərbaycanın öz mədəniyyətini, tarixini və məhsullarını ən yaxşı şəkildə sərgilədiyinin sevinclə şahidi oldum. Ümid edirəm ki, pavilyon Azərbaycanın tanıdılmasına, ticarət əlaqələrinin qurulmasına və gücləndirilməsinə kömək olacaq”, - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.