DÜNYA


Türkiyə “Fatih” gəmisi ilə Aralıq dənizində qazma işlərinə Antalya sahilində başlayacaq

Bakı, 15 oktyabr, AZƏRTAC

Türkiyə özünün “Fatih” adlı kəşfiyyat-axtarış qazma gəmisi ilə Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işlərinə Antalya sahilində başlayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib. O bildirib ki, dənizin dayazsulu hissəsində qazma işləri isə eyni vaxtda, gələn ay Mersin sahilində aparılacaq.

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinə məxsus “Fatih” gəmisində sınaq işləri tamamlanıb. Gəmi ötən həftə dənizə yol alıb və hazırda qazma işləri aparacağı sahədədir. Texniki işlər görüləcək. Bu ayın sonunda qazma işlərinə başlanacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq. Lazımi hazırlıqlar görülüb. İlk qazmada neft və ya təbii qaz aşkar edəcəyimizi düşünürük. Çünki Aralıq dənizi zəngin karbohidrogen potensialına malikdir”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.