İDMAN


Türkiyə Superliqası: “Qalatasaray” səfərdə “Göztəpə”ni məğlub edib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 17-də futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri 3:1 hesabı ilə qalib gəliblər. Qonaqların hər üç qolunu Məhəmməd Aktürkoğlu vurub. Meydan sahiblərinin heyətində isə Foysseni Diabate fərqlənib.

Günün digər qarşılaşmasında “Ərzurumspor” səfərdə “Denizlispor”u 3:2 hesabı ilə məğlub edib. “Yeni Malatyaspor” öz meydanında “Alanyaspor”u minimal hesabla üstələyib. “Trabzonspor” – “Hatayspor” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 66 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 65 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.