İDMAN


Türkiyə Superliqası: səfərdə qalib gələn “Başakşəhər” liderliyini möhkəmləndirib

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da futbol üzrə Türkiyə Superliqasının XIII turunun sonuncu oyununda çempionatın lideri “Başakşəhər” komandası səfərdə “Göztəpə” ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, matçda superliqanın ən az qol buraxan komandası olan "Başakşəhər” rəqib qapısından 2 cavabsız top keçirib.

Qonaqların heyətində 9-cu dəqiqədə bosniya və herseqovinalı yarımmüdafiəçi Edin Viska (penalti), 73-cü dəqiqədə isə Rijad Bajic fərqləniblər.

Bu qalibiyyətdən sonra hesabındakı xallarının sayını 30-a çatdıran Abdulla Avcının komandası turnir cədvəlində liderliyini möhkəmləndirib.

Qeyd edək ki, İstanbul təmsilçisi oynadığı son dörd çempionat matçında qələbə qazanıb və 10 həftədir məğlub olmur.

Xatırladaq ki, bu tur çempionluq uğrunda yarışan komandalardan “Qalatasaray” öz meydanında “Konyaspor”u məğlub edə bilməyib – 1:1. “Beşiktaş” komandası səfərdə “Ankaragücü”yə 4:1 hesabı ilə qalib gəlib.

“Trabzonspor” komandası isə öz meydanında “Fənərbağça”dan 2:1 hesabı ilə üstün olub.

On üç turdan sonra “Başakşəhər” komandası 30 xalla turnir cədvəlinə başçılıq edir. “Kasımpaşa” (25 xal) ikinci, “Qalatasaray” (24 xal) üçüncü yeri tutur. 21 xala malik olan “Beşiktaş” və “Yeni Malatyaspor” komandaları dördüncü, beşinci pilləni bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.