İDMAN


Türkiyə Superliqasının XXII turuna start verilib

Bakı, 16 fevral, AZƏRTAC

Türkiyə Superliqasının XXII turunun ilk görüşündə turnir cədvəlində üçüncü pillədə qərarlaşan İstanbulun “Beşiktaş” komandası “Yeni Malatyaspor”la qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib İstanbul təmsilçisi olub. Qarşılaşmanın qırxıncı dəqiqəsində “Malatyaspor”un hücumçusu qırmızı kart alaraq komandasını azlıqda qoyub. Bunu fürsət bilən qonaqlar Atiba Hutçinsonun qırx doqquzuncu dəqiqədə vurduğu qolla meydan sahiblərini mərkəzdən başlamağa məcbur ediblər. Lakin Malatya təmsilçisi hücumçu Ömər Şişmanoğlunun vurduğu qolla hesabı bərabərləşdirib. Görüşün 70-ci dəqiqəsində isə “Beşiktaş”ın hücumçusu Adəm Lyayiç qələbə qolunu vurub. Oyun elə bu hesabla da başa çatıb.

Bu qalibiyyət sayəsində “Beşiktaş” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlinin üçüncü pilləsindəki yerini bərkidib. “Yeni Malatyaspor” isə 34 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 16, 17 və 18-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.