İDMAN


Türkiyə Superliqasının XXX turuna start verilib

Türkiyə Superliqasının XXX turuna start verilib

Bakı, 4 iyul, AZƏRTAC

Futbol üzrə Türkiyə çempionatının XXX turunun birinci qarşılaşmasında "Dənizlispor" doğma meydanda "Qaziantep"i qəbul edib.

AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşmada yeganə qolu qonaqların yarımmüdafiəçisi Güray Vural vurub. Beləliklə, görüş 1:0 hesabı ilə "Qaziantep"in xeyrinə bitib.

Bundan əlavə, turda bu gün "Ankaragücü" - "Alanyaspor", "Yeni Malatyaspor" - "Gənclərbirliyi", "Antalyaspor" - "Başakşəhər", "Fənərbağça" – "Göztəpə", ertəsi gün isə "Kasımpaşa" - "Sivasspor", "Konyaspor" - "Rizəspor", "Qalatasaray" – "Trabzonspor" komandaları qarşılaşacaq. XXIX tura iyunun 29-da "Kayserispor" –"Beşiktaş" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 60 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 58 xalla ikincidir. "Sivasspor" 53 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (50 xal), "Fənərbağça" (46 xal), "Alanyaspor" (45 xal) və digər komandalar gəlir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.