DÜNYA


Türkiyə sularında içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb  VİDEO

İstanbul, 29 iyul, AZƏRTAC

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisindən qaçaq yolla Yunanıstanın Midilli adasına doğru hərəkət götürən, içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, qayıqda 3-ü uşaq olmaqla 16 nəfər olub. Ayvalık sahil təhlükəsizlik qüvvələri həyatı təhlükədə olan insanların köməyinə gəlib. Doqquz nəfər xilas edilib. Digər 6 nəfərin cəsədi tapılıb. Bir nəfərin itkin düşdüyü bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.