DÜNYA


Türkiyədə koronavirusdan daha 34 nəfər həyatını itirib

Ankara, 27 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq, gündəlik yoluxma və ölüm halları davam etməkdədir.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 27-də ölkə üzrə 21 min 43 nəfər testdən keçirilib. Onlardan 1035 nəfərinə koronavirus diaqnozu qoyulub. Bildirilir ki, gün ərzində 1286 nəfər sağalıb, 34 nəfər həyatını itirib. Sağalanların ümumi sayı 122 min 793 nəfərə, ölənlərin sayı isə 4 min 431 nəfərə çatıb. Gündəlik yoluxma və ölüm sayı mayın 26-na olan göstəricilərlə müqayisədə artıb.

Qeyd edək ki, hökumətin qəbul etdiyi normallaşma planına əsasən, mayın 28-dən etibarən sərnişin qatarları fəaliyyətini bərpa edəcək. Hava nəqliyyatında isə iyunun 4-dən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir. Mayın 29-da məscidlər ibadətə açılır. Bundan iki gün sonra hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə tərxis olunması başlanacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.