DÜNYA


Türkiyədə və İraqın şimalında PKK-ya qarşı əməliyyatlar keçirilib

Ankara, 12 iyul, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən aparılan təbliğat və inandırma işləri nəticəsində terrorçuların PKK sıralarını tərk etməsi davam edir.

AZƏRTAC xəbər verir ki, hələlik adı tam açıqlanmayan, beş il əvvəl terrorçulara qoşulan qadın terrorçu Mardin vilayətinin Nusaybin rayonunda könüllü olaraq polis məntəqəsinə təslim olub.

Daxili İşlər Nazirliyinin digər məlumatında bildirilir ki, Ərzurumun Şenkaya rayonunda yerləşdirkləri məkan müəyyən edilən üç nəfərlik terrorçu qrupa qarşı xüsusi əməliyyat keçirilib. Axtarışda olan Hejar ləqəbli terrorçu Halis Eroğlu əməliyyat nəticəsində məhv edilib, daha iki terrorçu sağ ələ keçirilib. H.Eroğlunun axtarışı üçün 500 min türk lirəsi (təxminən 70 min ABŞ dolları) vəsait ayrılmışdı. Qara dəniz bölgəsinə keçmək istəyən zərərsizləşdirilmiş qrupdan çoxlu sayda silah və sursat götürülüb.

Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, İraqın şimalında həyata keçirilən “Pençe-Kaplan” antiterror əməliyyatları çərçivəsində Haftanin bölgəsində daha iki PKK terrorçusu məhv edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara–0–

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.