MƏDƏNİYYƏT


Türkiyədən Azərbaycana növbəti dəstək - “Can Azərbaycana canımız fəda”

Bakı, 15 iyul, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində “Can Azərbaycana canımız fəda” adlı mitinq keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mitinqin məqsədi son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etməkdir.

Bəyazid Meydanında saat 14:00-da baş tutacaq tədbirin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq erməni silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində təxribat törətməkdə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.