İQTİSADİYYAT
Türkiyəli nazir: İmzalanan sənəd iki qardaş ölkə arasında ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək
Ankara, 12 oktyabr, AZƏRTAC
Ankarada imzalanan Türkiyə və Azərbaycan arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək. Ümidvarıq ki, bir neçə gün sonra Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçiriləcək Türk Şurasının Zirvə görüşündə Azərbaycan və Türkiyə arasında ticarətin inkişafına dair imzalanacaq sənəd də qardaş ölkələr üçün daha səmərəli olacaq.
Bu fikirləri AZƏRTAC-a Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Ankarada imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu”n əhəmiyyətini şərh edərkən deyib. Naziq qeyd edib ki, tərəflər bundan sonra da gömrük-keçid məntəqələrində hərəkətin sadələşdirilməsi, elektron sistem vasitəsilə informasiya mübadiləsi, o cümlədən sənədlərin ötürülməsi məsələlərində əhəmiyyətli addımlar atmaqda davam edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara