DÜNYA


Türkiyənin Muğla vilayətində meşə yanğınları yaşayış məntəqələrinə yayılıb

İstanbul, 1 avqust, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda baş verən yanğınlar yaşayış bölgələrinə yayılıb. Bölgədə evlər boşaldılıb, əhali təxliyə edilir. Üç ev yanıb.

AZƏRTAC xəbər verir ki, iyulun 28-dən etibarən Türkiyənin müxtəlif bölgələrində tüğyan edən 107 yanğın nəzarət altına alınıb. Hazırda qardaş ölkənin iki vilayətinin beş fərqli bölgəsində yanğınlar hələ də davam edir.

Bölgədə əsən güclü külək alovun qısa vaxtda yayılmasına səbəb olub. Yanğının daha şiddətli olduğu İçmələr bölgəsində sahildəki otellərin həyətindəki ağaclar yanıb. Otelin müştəriləri təxliyə ediliblər.

Yanğın səbəbindən Marmarislə İçmələr məhəlləsini birləşdirən əsas yolda hərəkət dayandırılıb. Bölgədə qatı tüstü müşahidə edilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.