DÜNYA
Türkiyənin Rizə bölgəsi yenidən sel və daşqınlarla üz-üzə qalıb
Ankara, 22 iyul, AZƏRTAC
İyulun 22-də Türkiyənin Rizə şəhərində baş vermiş sel və daşqınlar bir sıra yaşayış məskənlərində və tarlalarda böyük fəsadlara yol açıb.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində Çamlıhəmşin, Ardəşən və Fındıklı rayonlarında çaylar məcradan çıxıb. Dərələrdə yaranan böyük daşqınlar əhalidə təşviş yaradıb.
Daxıli işlər naziri Süleyman Soylu su anbarlarının partlaması ilə bağlı şayiələri təkzib edib.
Qeyd edək ki, iyul ayı boyunca Anadoluda bir sıra ağır sel və daşqın hadisəsi baş verib. Ən çox zərər çəkən bölgə isə Rizədir. İyulun 16-dan başlayan güclü yağış və fırtınalı hava səbəbindən 6 nəfər ölüb, iki nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində 47 bina tamamilə dağılıb, 99 binada ciddi zədə və qəza halı aşkarlanıb, 41 avtomobil yararsız vəziyyətə düşüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara