DÜNYA


Türkmənistan Rusiya ilə yeni genişmiqyaslı qaz sazişləri imzalamaq niyyətindədir

Moskva, 6 fevral, AZƏRTAC 

Türkmənistan Rusiya ilə yeni genişmiqyaslı qaz sazişləri imzalamaq niyyətindədir. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla Aşqabadda keçirdiyi görüşdən sonra bildirib.

AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, Türkmənistan Prezidenti görüşdə iki ölkə arasında aparılan dialoqda qaz problemi məsələlərinin yeni, genişmiqyaslı uzunmüddətli sazişlərin bağlanması hədəf götürülməklə nəzərdən keçirilməsindən məmnunluğunu ifadə edib.

S.Lavrovun sözlərinə görə, iki ölkənin neft-qaz sahəsində əməkdaşlıq məsələləri ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə ediləcək. Hazırda onun keçirilmə vaxtı razılaşdırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.