Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Türkologiya” jurnalının nəzdində yaradılan seminarın ilk toplantısı olub

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə keçirilən Birinci Türkoloji Qurultayın 90 illik yubiley tədbirləri çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu türkoloq alimlərinin iştirakı ilə AMEA Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının redaksiyasında jurnalın baş redaktoru, akademik Kamal Abdullanın təşəbbüsü əsasında yaradılan seminarın ilk toplantısı olub.

Toplantıda Qazi Universitetinin türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Əhməd Bican Ercilasun, İstanbul Universitetinin türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Osman Fikri Sərtqaya, professor Ayşəgül Sərtqaya, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Qorxmaz, Türk Dünyası Araşdırmaları Mərkəzinin direktoru Fikrət Türkmən, türkoloq alimlər Nəsrin Bayraqdar, Dilək Eren, Binnur Eren, Mustafa Səməd Qumanlı, AMEA humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli, Akademiyanın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru Muxtar İmanov, Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri Aygül Hacıyeva, Bakı Dövlət Universitetinin professorları Ramiz Əsgər, Elbrus Əzizov və başqaları iştirak ediblər.

Seminara, həmçinin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetinin “SABAH” qruplarının üzvləri olan tələbələr də qatılıb.

İlk seminar-məşğələ akademik Kamal Abdullanın moderatorluğu ilə baş tutub.

Kamal Abdulla qonaqların Bakıdakı gənc türkoloqlarla görüşünü təşkil etməsindən məmnunluq duyduğunu bildirərək deyib: “Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstandan bizə qonaq gələn bütün alimləri salamlayıram. Düşünürəm ki, yeni nəsil daha şanslıdır. Bu gənclər çox xoşbəxtdirlər, çünki onların yaşında bizə öz ustadlarımızı, məşhur alimləri bir yerdə görmək nəsib olmadı, ancaq əsərlərini oxumağa çalışdıq. Tələbəlik illərimizdə önümüzdə dəmir hasar çəkilmişdi və o hasar imkan vermirdi ki, türk alimləri o zaman SSRİ adlanan bir ölkəyə gəlsinlər, yaxud buradan başqa ölkəyə gedib türkoloqlarla görüşsünlər. Yaşlı nəsil bunu yaxşı xatırlayar, əgər belə bir görüş baş versəydi də, bu son dərəcə nadir, son dərəcə fövqəladə hadisə hesab olunurdu.

“Türkologiya” jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir.

Biz seminarı bu qüvvələrlə, sabah bunlara qoşulacaq başqa qüvvələrlə davam etdirməyi, sözügedən jurnalın konfrans, “dəyirmi masa” şəklində əlavələrini dərc etməyi də düşünürük. O əlavələri bizim seminarın üzvləri müəyyənləşdirəcəklər. Bu, hansısa türkoloji problemin araşdırılması, yaxud da türkologiyanın hansısa sahəsi ilə bağlı mövzunun öyrənilməsi ola bilər. Bu seminarın əhəmiyyəti həm də ondadır ki, burada elm və təhsilin qarşılıqlı vəhdəti öz əksini tapacaq. Bununla bağlı biz həm başqa ölkələrdən dostlarımızı dəvət edə biləcəyik, həm də Azərbaycan universitetlərinin alimləri ilə əməkdaşlığı davam etdirəcəyik. Çalışacağıq ki, bu seminarlar ancaq öyrənmə məqsədli olmaqla qalmasın, eyni zamanda, türkoloji sahədə yeni ideyaları ortaya atan və müdafiə edə bilən ciddi elmi qüvvəyə çevrilsin. Bunun üçün biz əlimizdən gələni etməyə hazırıq”.

Osman Fikri Sərtqaya çıxışında görkəmli türkoloq alimlər Əhməd Cəfəroğlu və Məhərrəm Erginlə olan tanışlıq tarixçəsini, türkologiya sahəsinin böyük biliciləri ilə bağlı xatirələrini seminar iştirakçıları ilə bölüşüb. Alim türkoloji sahədə ən mühüm nəşrlərdən olan keçmiş “Sovetskaya türkologiya” jurnalının xələfi olan “Türkologiya” jurnalının nəşri tarixi, əhəmiyyəti və türkoloji düşüncənin formalaşmasına verdiyi töhfələrdən söz açıb. O, həmin jurnalın bütün saylarını ardıcıllıqla yığıb saxladığını diqqətə çatdıraraq deyib: “Əziz gənclər, bilirsinizmi bu xatirələri niyə danışdım? Mənim kimi olmağınızı, “Türkologiya” dərgisinin hər nömrəsini diqqətlə oxumağınızı, bu qiymətli irsə sahib çıxmağınızı arzulayıram. Yazın-pozun, dostlarınızı bu jurnalı oxumağa dəvət edib, həm özünüz, həm də yoldaşlarınız bu doğma ab-havanı hiss etsin”.

Teymur Kərimli bu günlərin çox önəmli olduğunu və Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfransın yüksək səviyyədə təşkil edildiyini söyləyib.

Əhməd Bican Ercilasun seminarın önəmini belə ifadə edib: “Mən ilk dəfə burada bir dərginin seminar təşkil etdiyini gördüm. Dərginin seminar təşkil etmək ideyasının müəllifi yalnız Kamal Abdulla kimi bir alim ola bilərdi. Bu, dərgi üçün çox əhəmiyyətlidir. Yəni, dərgi öz ətrafında mədəniyyət çevrəsi yaradır. Bu seminarlara qatılmaq gənclər üçün fövqəladə önəmlidir. İnanıram ki, azərbaycanlı alimlərlə birgə “Türkologiya” jurnalının nəzdində yaradılan seminarda, bizim hamımızı bir araya yığan türkologiya kəlməsinin işığında bir cəmiyyət yaradaraq bu sahədəki bir çox mövzulara aydınlıq gətirəcəyik, bir çox problemləri həll etməyi bacaracağıq. Soy-kökümüzü mütləq öyrənməliyik, amma dünyaya, xüsusilə də dünya elminə açıq olmağımız əsas şərtdir”.

Türkoloq alim Ayşəgül Sərtqaya bu seminarın təşkilinə görə akademik Kamal Abdullaya təşəkkürünü ifadə edib. O, araşdırma mövzusu olan uyğur əlifbası, dili və ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüb.

9 Eylül Universitetinin müəllimi Gülmira Kuruoğlu çalışdığı psixolinqvistika və neyrolinqvistika sahəsi ilə bağlı mülahizələrini toplantı iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə türkologiya ilə bağlı məqalələrlə jurnalla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Professor Fikrət Türkmən türkologiya sahəsində toplanmış bilik və təcrübənin gələcək nəslə ötürülməsi baxımından seminarın təşkilini yüksək qiymətləndirib və bu işin uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib. Alim türkologiyanın əsas vəzifəsini türk düşüncə formasının dünyanı qəbul etmə şəkli kimi səciyyələndirib və türk dastanlarındakı folklor elementləri ilə bağlı məruzə edib.

Toplantıda növbəti seminarın mövzusu da müəyyənləşdirilib. Növbəti seminarın mövzusu Əhməd Bican Ercilasunun “Başlanğıcdan iyirminci əsrə - Türk dil tarixi” kitabının müzakirəsi olacaq.

Seminarın sonunda türkoloq alimlər tələbələri maraqlandıran sualları cavablandırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir