REGİONLAR


Tut vaxtsız qocalmanın qarşısını alır

Bakı, 27 may, AZƏRTAC

Tut rəngindən asılı olmayaraq zəngin vitamin-mineral tərkibə (faydalı fruktoza, qlükoza, efir yağları, üzvi turşular və s.) malikdir. Dadından doymadığımız tutun sağlamlığa nə kimi xeyri var?

AZƏRTAC xəbər verir ki, tutun enerji dəyəri hər 100 qramda 43 kKal-dır. Ağ tutda müasir tibdə yüksək qiymətə malik antioksidant olan resveratol var. Antioksidantlar gözün selikli qişasının zədələnməsi və görmə zəifliyi, immun sisteminin zəifləməsi, vaxtsız qocalmanın qarşısının alınmasında əhəmiyyətlidir.

Tutun mineral tərkibi də çox zəngindir. Meyvələrdə F, K, Mq, Na, Mn, Cu, S, Ca və digər elementlər mövcuddur. Eyni zamanda, tutun tərkibində dəmir də var ki, bu da onu digər meyvələrdən fərqləndirir. B qrupuna aid vitaminlərlə də zəngindir.

Rəsmi təbabətdə tutdan qan azlığı, maddələr mübadiləsinin bərpası, gipexrom anemiya (qırmızı qan hüceyrələrində hemoqlobin azlığı), öd yollarının xəstəliyi, sulu karbonların mübadiləsi və piylənmənin nizamlanması, tər gətirmə vasitəsi kimi istifadə olunur. Həmçinin kalium duzlarının mövcudluğu, ürək fəaliyyətinin pozulması zamanı da faydalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.