DÜNYA


Tviter tərk edilmiş 1,5 milyard səhifəni bağlayacaq

Tviter tərk edilmiş 1,5 milyard səhifəni bağlayacaq

Bakı, 9 dekabr, AZƏRTAC

Tviter sosial şəbəkəsində tərk edilmiş 1,5 milyard səhifə yaxın vaxtlarda bağlanacaq.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask özünün tviter səhifəsində yazıb.

“Tviter yaxın zamanlarda tvit edilməyən və illərlə istifadə olunmayan 1,5 milyard akkauntu bağlayacaq”, - deyə sahibkar bildirib.

Oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkəyə malik “Tviter” kompaniyasını almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, səhifələrin bloklanması siyasətində dəyişiklik edəcəyini və saxta hesablarla mübarizəni aparacağını deyib. Eyni zamanda, sosial şəbəkədə əvvəllər fəaliyyəti dayandırılan bir sıra səhifələr blokdan çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.