İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq

Bakı, 9 avqust, AZƏRTAC

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, komandamızı Macarıstanda “Ferentsvaroş” klubu qəbul edəcək. Qarşılaşma "Groupama Arena"da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA hakimi Karlos del Serro idarə edəcək. Hakimlər Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya), VAR hakimləri isə Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva olacaq.

“Köhlən atlar”ın iki əsas mərkəz müdafiəçisi - Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək. Əvəzində ilk görüşdə cəzalı olduqları üçün oyuna çıxmayan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olacaqlar. Budapeşt komandasından isə Henri Vinqonun meydana çıxmayacaqları dəqiqləşsə də, Rayan Mmae və Mats Knusterin oyunda iştirak edib-etməyəcəkləri bilinmir.

Qeyd edək ki, mərhələni adlayan komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq. "Ferentsvaroş" - "Qarabağ" cütündə uduzan komanda Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasının məğlubu ilə görüşəcək. Meydan sahibləri İrlandiyadakı ilk oyunda 3:1 hesablı qələbəyə sahib olublar.

Xatırladaq ki, Bakıdakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu cütün güclüsü pley-offda "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) duelinin qalibi ilə qarşılaşacaq. Çexiya təmsilçisi moldovadakı ilk matçda 2:1 hesablı qələbə əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.